İker Kasilyas karyerasını bitirdi

İker Kasilyas karyerasını bitirdi

İspaniya millisinin və "Real"ın sabiq futbolçusu İker Kasilyas peşəkar karyerasına son qoyub.

Sport7.az xəbər verir ki, bu barədə 39 yaşlı qapıçı şəxsi "Twitter" hesabında paylaşım edib. 

2019-cu ilin mayında infarkt keçirən İker Kasilyas ötən mövsüm Portuqaliya "Portu"sunun heyətində meydana çıxmayıb. 

1998 - 2015-ci illərdə "Real Madrid"in formasını geyinmiş əfsanəvi qapıçının doğma klubunda prezident Florentino Peresin müşaviri vəzifəsində çalışacağı gözlənilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR