İki  hakimimiz

İki hakimimiz "ən yaxşı" seçildi

Hakimlərimizin beynəlxalq arenalarda uğurları davam edir.
 
Sport7.az xəbər verir ki, Avstriyanın İnnsbruk şəhərində 8-9 iyun tarixlərində keçirilən "Austria Open” G1 dərəcəli beynəlxaq turnirdə döyüşləri idarə edənlər arasında iki ədalət təmsilçimiz növbəti dəfə yarışın "ən yaxşı hakimi" adına layiq görülüb.

Belə ki, Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Elşən Quliyev, Elşad Məmmədov, Çoşqun Nadirov, Aygül Abdullayeva və Nigar Hacıyevanın iştirak etdiyi yarışda Elşad Məmmədov və Nigar Hacıyeva idarə etdikləri döyüşlərdə verdikləri düzgün qərarları ilə bu ada layiq görülüb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR