İki oyunun vaxtı dəyişdirildi

İki oyunun vaxtı dəyişdirildi

Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qəbələ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, Premyer Liqanın VIII turunun "Neftçi” – "Qəbələ” matçının bir gün tez keçirilməsini xahiş edib.

Sport7.az xəbər verir ki, "Qəbələ"nin mötəbər turnirdəki çıxışını və canlı yayımı nəzərə alan PFL VIII turun oyun cədvəlində dəyişiklik edib. Belə ki, "Neftçi” – "Qəbələ” matçı 18 oktyabr 2015-ci il tarixindən 17 oktyabr 2015-ci il tarixinə keçirildi. Canlı yayımla əlaqədar olaraq "Sumqayıt” – "İnter” matçı 17 oktyabrda deyil 18 oktyabr tarixində baş tutacaq.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR