İki para-cüdoçumuz finalda

İki para-cüdoçumuz finalda

Bu gün Özbəkistanın Daşkənt şəhərində Para-cüdo idman növü üzrə Qran Pri yarışlarına start verilib.

Sport7.az xəbər verir ki, yarışın ilk günündə paralimpiyaçılarımızdan, kişilər arasında -66 kq çəki dərəcəsində Namiq Abbaslı, qadınlar arasında isə -57 kq çəki dərəcəsində Sevda Vəliyeva finala vəsiqə qazanıblar. 73 kq çəkidə Ramil Qasımov, -48 kq çəkidə Şəhanə Hacıyeva, -57 kq çəki dərəcəsində isə Afaq Sultanova üçüncü yer uğrunda mübarizə aparacaqlar.

52 kq çəki dərəcəsində yarışan Bəsti Səfərova üçüncü yer uğrunda mübarızə aparmalı olsa da, ayağından aldığı ciddi zədə nəticəsində yarışmanı dayandırıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR