İki qızıl, bir gümüş və bürünc

İki qızıl, bir gümüş və bürünc

Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışı start götürüb. 

Sport7.az xəbər verir ki, ilk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kq-da mübarizə baş tutub.  

Murad Haqverdiyev A qrupunda keçirdiyi ilk görüşdə Rusiya güləşçisinə "tuşe" ilə qalib gəlib. Ardınca qrupda Belarus və Türkiyə təmsilçilərinə aman verməyən həmyerlimiz yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə polşalı rəqibinə də gücünü göstərən Murad finala yüksəlib. Son görüşdə Gürcüstan idmançısından da güclü olan Murad çempionluq sevinci yaşayıb.

Komanda yoldaşından geri qalmayan Əbülfəz Nəsirov da cəmi 30 saniyə ərzində britaniyalı həmkarını "tuşe" ilə üstələyib. Gürcüstan və Rusiyadan olan rəqiblərinə də vaxtından əvvəl qalib gələn sərbəst güləşçimiz finala adlayıb. Ancaq həlledici görüşdə İtaliya idmançısına məğlub olan Əbülfəz gümüş medalla kifayətlənib.
 
Fərid Sadıxlı da festivala inamlı start verib. Həmyerlimiz ilk hissədə İtaliya idmançısını məğlub edərək 1/4 finala yüksəlib. Gürcüstan və Rusiya idmançılarını da yolundan kənarlaşdıran Nəsirov da finala vəsiqə qazanıb. Finalda Türkiyə güləşçisi üzərindəki inamlı qələbə sayəsində Sadıxlı festivalın qızıl medalına sahib çıxıb.
 
Nihat Məmmədli də ilk görüşdən tam üstünlüklə ayrılaraq adını 1/4 finala yazdırıb. Ancaq bu mərhələdə gürcü həmkarına məğlub olub. Təsəlliverici görüşdə Fransa nümayəndəsinə cəmi 1 dəqiqə ərzində qalib gələn Məmmədli 3-cü yer uğrunda mübarizə aparmaq imkanı əldə edib. Həlledici qarşılaşmada türk güləşçiyə heç bir şans tanımayan Nihat bürünc medalı boynundan asıb.

Sərbəst güləş 

45 kq 
 
A qrupu
 
1-ci tur - Murad Haqverdiyev - Eldar Asakayev (RUS) 6:0 (tuşe)
2-ci tur - Murad Haqverdiyev - Mikita Berazun (BLR) 12:1
3-cü tur - Murad Haqverdiyev - Bahri Soyler (TUR) 12:2
1/2 final - Murad Haqverdiyev - Fabian Nedzvedzki (POL) 10:0
FİNAL - Murad Haqverdiyev - Nikolozi Santeladze (GEO) 11:4

55 kq 
 
1/8 final - Əbülfəz Nəsirov - Harvey Ridinqs (GBR) 4:0 (tuşe)
1/4 final - Əbülfəz Nəsirov - Bejani Barsonidze (GEO) 11:0
1/2 final - Əbülfəz Nəsirov - Daniel Qriqoryev (RUS) 10:0
FİNAL - Əbülfəz Nəsirov - Simone Vinçentso Piroddu (İTA) 5:10

Yunan-Roma güləşi 

45 kq
 
Təsnifat - Fərid Sadıxlı - Andrea Martino (İTA) 9:0
1/4 final - Fərid Sadıxlı - Davit Qvasalia (GEO) 8:5
1/2 final - Fərid Sadıxlı - Maksim Qurov (RUS) 9:0
FİNAL - Fərid Sadıxlı - Umut Çoban (TUR) 9:0
 

55 kq 
 
1/8 final - Nihat Məmmədli - Olivye Şkripçak (POL) 11:0
1/4 final - Nihat Məmmədli - Romeo Beridze (GEO) 0:3 (tuşe)
Təsəlliverici görüş - Nihat Məmmədli - Driss Nifri (FRA) 8:0
Bürünc medal görüşü - Nihat Məmmədli - Ateş Bekir (TUR) 11:0
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR