"İkinci hissədədəki oynumuz məni qane etmədi" - Polşalı çalışdırıcısı

Qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Varşada keçirilmiş Polşa – Azərbaycan oyunundan sonra rəqib baş məşqçi Miloşz Stepinski fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Sevindirici haldır ki, pandemiya olmasına baxmayaraq, bu oyun baş tutdu. Azərbaycan Polşaya gələ bildi və biz bu oyunu oynadıq. Oyuna gəlincə, nəticədən tam razı qaldım, amma ikinci hissədədəki oynumuz məni qane etmədi. Çünki yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Bu amil məni çox narahat edir. Komanda olaraq bu çatışmazlığı aradan qaldırmalıyıq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR