"İkinci qolu vurmalı idik" - Ayxan Abbasov

Premyer Liqanın 14-cü turu çərçivəsində keçirilən "Keşlə" - "Sumqayıt" (0:1) qarşılaşmasından sonra qonaqların baş məşqçisi Ayxan Abbasov matç sonrası mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, mütəxəssis bunları söyləyib: "Çempionat yenidən başladı. İnanıram ki, hər oyun belə gərgin keçəcək. Bu qələbəyə ehtiyacımız var idi. Məlumdur ki, ikinci dövrənin çox oyunlarında məğlub olduq. Xəstəlik səbəbindən xeyli oyunçularımız bizimlə olmadı, bəzi matçlarda məcburi dəyişikliklər etməli olduq. "Keşlə" ilə oyuna gəldikdə isə, bu gün isə ikinci qolu vurmalı idik. Belə oyunlarda rəqibin sonda üstümüzə gələcəyini bilirdik. Əks-hücumlar etsək də, yararlana bilmədik. Ümumilikdə oyunçularımdan razıyam. Bilirəm ki, formaya düşmək baxımından ilk üç tur ağır keçəcək”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR