İkiqat dünya çempionu koronavirusdan öldü

İkiqat dünya çempionu koronavirusdan öldü

Motosiklet sürmə yarışı üzrə (MotoGP növü)italiyalı ikiqat dünya çempionu Fausto Qrezini vəfat edib.

Sport7.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport” məlumat yayıb. O, Boloniya hospitallarından birində koronavirusdan ölüb. Altmış yaşlı Qrezini ötən il dekabrın sonlarında koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Bu müddət ərzində onun vəziyyəti bir neçə dəfə pisləşib. Keçmiş idmançı bir neçə həftə koma vəziyyətində olub. O, fevralın 18-də yenidən komaya düşüb.

Qrezini son illər əsasını özü qoyduğu "Gresini Racing" komandasına rəhbərlik edib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR