İlk gündə 3 medal

İlk gündə 3 medal

Çex Respublikasının paytaxtı Praqa şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.
 
Sport7.az xəbər verir ki, beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları 3 medal qazanıblar.
 
60 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olub. Bu çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Rəşad Yelkiyev bürünc medala layiq görülüb. Daha bir təmsilçimiz Davud Abbaslı (66 kq) bürünc medal qazanıb. Beləliklə gənclərdən ibarət milli komandamız Praqa turnirinin ilk günündə aktivinə 1 qızıl və 2 bürünc medal yazdırıb.
 
Avropa kubokunda 39 ölkədən 437 cüdoçu yarışır.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR