İlkin Xəlilov:

İlkin Xəlilov: "Bu məni həm qürurlandırdı, həm də kövrəltdi"

Bu gün ATV-də işdən çıxarılmayacağı dəqiqləşən İlkin Xəlilov açıqlama verib.

Sport7.az xəbər verir ki, 17 ildi bu telekanalda çalışan həmkarımız ona dəstək olan hər kəsə təşəkkür edib: 

"Demək belə, hər şeyə, bütün suallara tam aydınlıq gəldiyindən artıq son nöqtəni qoymaq olar. ATV-də işimə davam edirəm!!! Bu, 3 aymı çəkəcək, 6 aymı olacaq, bilmirəm, amma hələlik öz yerimdə, 17 il çalışdığım doğma kollektivimlə birgəyəm. Bu günlərdə sosial şəbəkələrdə mənə olan misilsiz dəstək məni həm heyrətləndirdi, həm qürurlandırdı, həm də kövrəltdi. Dostlar, həmkarlar və tanımadığım minlərlə insan dəstək oldu, həmrəylik göstərdi. Hər birinizin qarşısında baş əyir, dərin təşəkkürümü bildirirəm. Sizin dəstəyiniz mənə böyük kömək oldu. Var olun!!!"

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR