Komitə prezidenti Entoni Saizberilə görüşüb

Komitə prezidenti Entoni Saizberilə görüşüb

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti, Bakı 2015 - I Avropa Olimpiya Oyunlarının Təşkilat Komitəsinin üzvü Entoni Saizberilə görüşüb.
 
Sport7.az xəbər verir ki, görüş Beynəlxalq Paralimpiya Komitəsinin baş assambleyası çərçivəsində Almaniyanın Bon şəhərində baş tutub.

Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə 13 noyabr 2019-cu il tarixində Bakıda keçiriləcək Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş "Yenilməzlər” adlı beynəlxalq qala təqdimatla əlaqədar geniş müzakirə aparılıb.

Bu gün Almaniya Federativ Respublikasının Bon şəhərində Beynəlxalq Paralimpiya Komitəsinin Baş Assambleyası öz işinə başlayıb. Azərbaycan nümayəndə heyəti bu tədbirdə iştirak edir.

Noyabr ayının 13-də Bakıda Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş "Yenilməzlər" adlı qala təqdimat baş tutacaq. Tədbirdə paralimpiya hərəkatının dünya səviyyəsində inkişafına töhfələr vermiş nüfuzlu şəxslər iştirak edəcək. Qonaqlardan biri də Beynəlxalq Paralimpiya Komitəsinin sabiq prezidenti Sir Filip Kreven olacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR