İmamoğlu açıqladı: - Derbiyə gedəcəkmi?

İmamoğlu açıqladı: - Derbiyə gedəcəkmi?

Rəsmi olmayan nəticələrə görə İstanbulun bələdiyyə sədri seçilən Əkrəm İmamoğlu bu axşam baş tutacaq "Fənərbaxça" - "Qalatasaray" derbisi idə bağlı qərarını açıqlayıb.

Sport7.az xəbər verir ki, "Twitter"də açıqlama verən İmamoğlu "Fənərbaxça" "Ülkər" stadionunda baş tutacaq qarşılaşmanı canlı izləyəcəyini bildirib: "Can Bartu və Mətin Oktayı hörmətlə yad edirəm. Hər zaman sevgi və sayğı qazanacaq. Əsirlik derbidə centlmenlik ruhu ilə "Fənərbaxça" və "Qalatasaray"a uğurlar arzulayıram. Bu axşam həyacanı stadionda birlikdə yaşayacağıq". 

İmamoğlu ötən gün "Ülkər" stadionunda keçirilən Can Bartu ilə vida mərasiminə qatılıb. Azarkeşlər onu "Atatürkün əsgərləriyik" şüarı ilə qarşılayıb.

O, ötən gün həmçinin "Beşiktaş" - "Başakşəhər" oyununu da stadiondan izləyib. Azarkeşlər oyun ərzində müxtəlif şüarlarla ona dəstək verib. Bu gün isə "Ülkər" stadionunda eyni vəziyyətin yaranacağı gözlənilir. Hakim partiyaya yaxın bəzi siyasətçilər və jurnalistlər "siyasi gərginlik yaaratmamaq" üçün Əksər İmamoğlunu derbiyə getməkdən imtina etməyə çağırmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR