İmanxan Sultani:

İmanxan Sultani: "Qarabağ" sırf hakim səhvinə görə uduzmadı"

Azərbaycanın tanınmış hakimlərindən olan, hazırda hakim-inspektor kimi fəaliyyət göstərən İmanxan Sultani "Qarabağ" - APOEL matçındakı hakimliyi qiymətləndirib.

İmanxan bəy Sport7.az-a açıqlamasında görüşünü əsas referisi Danil Siberin idarəçiliyi haqda bunları söyləyib: "Alman hakimin bəzi səhvləri vardı. "Qarabağ" sırf hakim səhvinə görə uduzmadı. Hər hakimdə, istər metodiki, istərsə də digər şəkildə səhvlər olur. Lakin oyunun nəticəsinə təsir edəcək səhvlərə yol vermədi. Hər ölkə, komanda istəyər ki, hakimlər onların xeyrinə qərar versin. Penalti epizoduna gəlincə birmənalı şəkildə düzgün qərar idi. Heç Rəşad Sadıqov özü də mübahisə etmədi. Çünki görünürdü ki, Rəşad topa çatmadı və rəqibin qarşısını kəsdi. Cərimə meydançası daxilində qayda pozulmuşdu, ona görə də heç kim mübahisə etmədi".

Sultani "Qarabağ"ın məğlub olmasına görə heç də hakimi günahlandırmaq lazım olmadığını bildirdi: "Azərbaycan komandasıdı. Hamımız istəyərik ki, "Qarabağ" udsun. Amma bunu futbol kimi qəbul etmək lazımdı. Biri udar, digəri uduzar. Kiprdə udduq sevindik. Burda da qələbə ilə keçsək daha yaxşı olardı. Başqa kluba uduzsaydılar, adamı o qədər də yandırmazdı. Ancaq APOEL-ə daha çox qol vurmaq lazım idi. Sizə deyim ki, son 3-4 ilə nisbətən "Qarabağ" daha zəif görünür. Lap qələbə qazanıb keçsəydilər belə, düşünürəm ki, "Qarabağ" əvvəlki vaxtlarından bir addım geridədi. Komandanın oyunu alınmadı. Futbolçu kimi danışıram, "Qarabağ" gözləmirdi ki, rəqib pressinq edəcək. Onların pressinqi, bizimkilərə cərimə meydançalarında oynamağa imkan verməmələri, bütün meydan boyu daha aqressiv olmaları komandanın sərbəst şəkildə top saxlamasına maneçilik törətdi. Sərbəstlik vermədilər. İkinci hissəyə yaxşı başladılar. Lakin qol imkanlarından yararlana bilməmələrini görəndə, hiss olundu ki, rəqib bütün vəziyyətlərdən istifadə edəcək. Elə də oldu. Burda məşqçinin dəyişilməsi, komandanın başqa kökdə oyuna gəlməsi kimi amillər var. Taktikalarını dəyişib, meydanboyu pressinq etdilər. Fərqli yanaşdılar, onlar üçün psixoloji baryer, ev-səfər fərqi yoxdu. Hakimliyi normal qiymətləndirmək olar. Deyə bilməzsən ki, pis, ya da super hakim di. Normal idarəçilik etdi".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR