"İmarət Tayfa" yubileyini Ağdamda qeyd edəcək

"Qarabağ"ın ən fəal azarkeş qrupu "İmarət Tayfa" onilliyini qeyd edəcək. 2009-cu ildə yaradılmış azarkeş qrupu qısa müddətdə öz idealogiyasını futbol ictimaiyyətinə mənimsətməyi bacardı. Zamanla ölkədəki fanklublar arasında xüsusi çəki qazanan bu müstəqil azarkeş qrupunun "Qarabağ"ın hazırkı səviyyəyə çatmasında, uğurlarında da önəmli payı var. Hazırda təkcə "Qarabağ"ın deyil, ölkənin ən güclü azarkeş qruplarından sayılan "İmarət Tayfa" ilk onilliyini Ağdamda qeyd edəcək.

Bu haqda Sport7.az-a açıqlamasında azarkeş qrupunun idarə heyətinin üzvü Elnur Quliyev məlumat verdi. Elnur bəy azarkeşlərin sabah Ağdama yola düşəcəyini söylədi: "Sabah "İmarət Tayfa" 10 illiklə bağlı, 130-150 nəfərlik heyətlə Ağdama yola düşəcək. Orada ilk növbədə şəhidlərin abidəsini ziyarət edəcəyik. Daha sonra hərbi hissəyə baş çəkib, əsgərlərlə görüşəcəyik. Oradan da mədəniyyat sarayına yollanacağıq, Ağdamın İcra Başçısı bizi qarşılayacaq. Beləliklə tədbirimiz davam edəcək".

Quliyev "Qarabağ"dan heç kimi dəvət etmədiklərini də bildirdi: "Amma "Qarabağ"dan nə futbolçuları, nə də heç kimi dəvət etmişik. Çünki bilirsiz ki, onların qrafikləri sıxdı. Həm yığma, həm Avroliqa, həm də ölkə çempionatında çıxış edirlər. Açığı klub rəsmilərindən də heç kimə əziyyət vermək istəmədiyimiz üçün, müraciət etməmişik. Tədbirin Ağdamda keçiriləcəyi üçün, ola bilər konsert filan da təşkil edilsin. "İmarət"in fəxri üzv, eyni zamanda idealoji rəhbərlərindən olan Vasif Qurbanzadə həmişə tədbirlərimizdə aparıcılıq edir. Ola bilsin Aqil Abbas da iştirak etsin. Çünki o özü belə bir təklif irəli sürmüşdü. İstəyirik ki, gənclər "Qarabağ"a daha yaxın olsun. Ağdamda, cəbhə bölgəsində olan əsgərlər görsünlər ki, "İnmarət Tayfa"nın üzvləri də vətənpərvərdi. Futbol oyunu da keçirmək istəyirdik. Sadəcə bizə dedilər ki, icazə yoxdu. Ola bilsin hərbi hissələrin birinə gedək. Məscidə, Ağdamdakı çay evinə də gedəcəyik. Quzanlıdakı stadiona getmək planda ola bilər. Ancaq ora elə vəziyyətdədi ki, uşaqlarda ruh düşkünlüyü yarada bilər. Yenə də bu haqda müzakirələr aparırıq".

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR