"İmarət Tayfa"dan alqışalayiq addım

"Qarabağ"ın ən fəal azarkeş qrupu olan "İmarət Tayfa" yeni layihəyə başlayıb.
 
Sport7.az xəbər verir ki, layihə şəhid ailələri ilə bağlıdı. Belə ki, müxtəlif yerlərdə stendlər quraşdırılacaq və oradada toplanan maddi yardım şəhid ailələrinə paylanılacaq.
 
Bu haqda azarkeş qrupundan məlumat verilib: "Yığılan pullar son qəpiyinə qədər ehtiyacı olan şəhid ailələrinə ərzaq ehtiyatı olaraq çatdırılır. Bu təkcə pul yığmaq aksiyası deyil. Bu birlik bərabərlik aksiyasıdır. Bu şəhid ailələrinə verilən dəyər aksiyasıdır. 'Bir oğul itirdiniz, milyon oğul qazandınız' şüarı sadəcə sözdə deyil, əməldə də göstərilməlidir. Hər kəs öz çapında, öz imkanları daxilində nəyi bacarırsa etməlidir. Azına çoxuna baxmadan. Çünki, şəhid ailələrinə hər şeydən çox lazım olan DİQQƏT'dir. Onlar bunu hiss etməsələr vay bizlərin halına".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR