Çin Qran-prisi keçirilməsə,

Çin Qran-prisi keçirilməsə, "Formula 1" 43 milyon dollarlıq gəlirdən məhrum ola bilər

Britaniyalı jurnalist Kristian Siltin iddiasına görə, 17-19 aprel tarixlərində keçirilməsi planlaşdırılan Çin Qran-prisi baş tutmasa, "Formula 1" 43 milyon dollarlıq gəlirdən məhrum ola bilər.

Koronavirus təhlükəsi ilə əlaqədar olaraq Çin Qran-prisi qeyri-müəyyən bir tarixə təxirə salınıb. Böyük ehtimalla gərgin qrafik səbəbindən təqvimdə yer tapmaq mümkün olmayacaq və mərhələ yekunda ləğv olunacaq.

GrandPX.news-un jurnalisti Silt yazır: "Mərhələ fors-major hadisələr səbəbindən ləğv edilərsə, yarış promouterlərindən "Formula 1"-ə haqq ödənilməsi tələb olunmur".

Qeyd edək ki, son olaraq, Şanxay etapının əvəzinə, 2006-cı ilə qədər San-Marino Qran-prisinin keçirildiyi İmolanın yarışa ev sahibliyə etməsi gündəmə gəlib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR