Formula 1: Hemilton Çin Qran-prisinin qalibi oldu

Formula 1: Hemilton Çin Qran-prisinin qalibi oldu

Formula 1-də mövsümün üçüncü yarışı Çində keçirilib.

"Mersedes" pilotu Lyuis Hemilton Çin Qran-prisinin qalibi adını qazanıb. Onun komanda yoldaşı, yarışa poul-pozişndan start verən Valtteri Bottas ikinci, Sebastyan Fettel ("Ferrari") isə üçüncü olub.


Çin Qran-prisi

Şanxay Beynəlxalq Avtodromu, Şanxay

14 aprel

1. Lyuis Hemilton ("Mersedes") - 1:32:06.350

2. Valtteri Bottas ("Mersedes") +6,552

3. Sebastyan Fettel ("Ferrari") +13,744

4. Maks Ferstappen ("Red Bull") +27,627

5. Şarl Lekler ("Ferrari") +31,276

6. Pyer Qasli ("Red Bull") +89,307

7. Daniel Rikkardo ("Reno") +1 dövrə

8. Serxio Peres ("Reysinq Poynt") +1 dövrə

9. Kimi Raykkonen ("Alfa Romeo") +1 dövrə

10. Aleks Albon ("Toro Rosso") +1 dövrə

11. Romen Qrojan ("Haas") +1 dövrə

12. Kevin Maqnussen ("Haas") +1 dövrə

13. Lans Stroll ("Reysinq Poynt") +1 dövrə

14. Antonio Covinatsi ("Alfa Romeo") +1 dövrə

15. Karlos Sayns Cunior ("Maklaren") +1 dövrə

16. Corc Rassell ("Uilyams") +2 dövrə

17. Robert Kubiça ("Uilyams") +2 dövrə


Yarışı bitirə bilməyənlər:

Lando Norris ("Maklaren")

Daniil Kvyat ("Toro Rosso")

Niko Hülkenberq ("Reno")


Hazırda pilotların sıralamasına aktivində 68 xalı olan Lyuis Hemilton başçılıq edir. İkinci Valtteri Bottas komanda yoldaşından 6 xal geri qalır. "Red Bull" pilotu Maks Ferstappen isə 39 xalla ilk üçlüyü qapayır.

Konstruktorların çempionatında "Mersedes" (130 xal) liderdi. "Ferrari" (73 xal) ikinci, "Red Bull" (52 xal) isə üçüncü sırada qərarlaşıb.

Növbəti yarış aprelin 28-də Bakıda keçiriləcək.

Sport7.az


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR