Çində koronavirusa yoluxan ilk futbolçu görün kim oldu

Çində koronavirusa yoluxan ilk futbolçu görün kim oldu

Çin futbolunda koronavirus ifeksiyasına yoluxan ilk futbolçu Maruan Fellaini olub. 
 
Sport7.az xəbər verir ki, karyerasının böyük hissəsini Avropada keçirmiş belçikalının virus testinin nəticəsi müsbət olub. "Şandonq Lunenq"in formasını geyən 32 yaşlı futbolçu martın 20-də hazırlıqlara qatılmaq üçün Çinə yollanmışdı. Fellaininin Jinan əyalətinə gedərkən verdiyi test pozitiv çıxıb. 
 
Belçikalı ulduz bununla da koronavirus pandemiyasıənın başladığı ölkədə sözügedən xəstəliyə yoluxan ilk futbolçu olub. 
 
Premyer Liqada "Everton" və "Mançester Yunayted"in formasını geyən Fellaini, 2019-cu ildə Çin klubuna transfer olunmuşdu.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR