İngilis nəhəngi 38 yaşlı qapıçı ilə yeni müqavilə imzaladı

İngilis nəhəngi 38 yaşlı qapıçı ilə yeni müqavilə imzaladı

"Çelsi" 38 yaşlı qapıçısı Villi Kabalero ilə yeni müqavilə imzalayıb.
 
Sport7.az xəbər verir ki, müqaviləsi cari mövsümün sonunda bitməli olan argentinalı qolkiper daha bir il "zadəganlar"ın formasında oynayacaq. Klub rəhbərliyi onun müqavilədəki müddəti uzatmaqla bağlı bəndindən yararlanıb. Bununla da Kabalero hücumçu Olivye Jirudan sonra anlaşmasının müddətini uzadan ikinci futbolçu olub.

Hazırda "Çelsi" ilə müqaviləsi gələn aya qədər olan iki futbolçu var - Villian və Pedro Rodriges.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR