İngiltərə futbolu bu xəbərlə sarsıldı

İngiltərə futbolu bu xəbərlə sarsıldı

İngiltərə Futbol Federasiyası (FA) yeni qalmaqalla çalxalanır. Federasiya oyun alqı-satqısı ilə bağlı yeni faktlar əldə edib.

İngiltərə mətbuatının məlumatına görə, FA tərəfindən hazırlanan hesabatda yüzlərlə insanın ölkə daxilində oynanan matçlarda alqı-satqıya qarışması barədə bildirilir. şübhəli matçların əksəriyyəti 2012/13 mövsümündə baş tutub. Oyun alqı-satqısında adı hallanların bir çox İngiltərə yığmasının bir çox keçmiş oyunçularıdı. Onlardan bəziləri hazırda da karyerasını davam etdirir. Artıq məsələyə İngiltərə polisi də qarışıb. Lakin polis istintaqın davam etməsi səbəbindən şübhəlilərin adlarını açıqlamayıb.

FA rəsmisi David Nevton isə xəbərləri təsbiq edib: "Oyun alqı-satqısı ilə bağlı əlimizdə çox sayda fakt var. Bunları mətbuata açıqlamaq irstərdik, amma bu anda hər hansı problemin yaranmasını istəmirik. Əmin olun ki, qanunlarımız çərçivəsində bunlara qarşı tədbir görüləcək. Amma bəzi oyunçulara bu dəqiqə cəza verə bilmirik. Çünki bu halda çempionatlar çökə bilər".

Sport7.Az

Mənbə: Fanat.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR