İngiltərə millisinin sabiq üzvünün yeni klubu müəyyənləşdi

İngiltərə millisinin sabiq üzvünün yeni klubu müəyyənləşdi

İngiltərə millisinin və "Arsenal”ın sabiq futbolçusu Cek Uilşirin karyerasını elə öz ölkəsində davam etdirəcək.

Sport7.az xəbər verir ki, yarımmüdafiəçi "Bornmut”a keçir. 29 yaşlı futbolçu ötən ilin oktyabrından düşərgəsində məşq keçdiyi Çempionşip təmsilçisi ilə müqavilə imzalamağa yaxındır. Uilşirin son klubu "Vest Hem” olub. O, oktyabrın əvvəlində bu komandadan ayrılıb.

2010-16-cı illərdə yığmada oynamış Uilşir "Vest Hem”dən öncə 10 ilə yaxın "Arsenal”ın şərəfini qoruyub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR