İngiltərədə günün matçı -

İngiltərədə günün matçı - "Southempton" - "Mançester Siti"

"Covid-19" səbəbindən Avropada futbola fasilə verilsə də İngiltərə Premyer Liqasının təmsilçiləri aralarındakı prinsipiallığı fərqli şəkildə nümayiş etdirir. 
 
Sport7.az xəbər verir ki, Premyer Liqanın iki təmsilçisi "Southempton" və "Mançester Siti" sosial media üzərindən "noughts and crosses" (X/O) oyununda güclü tərəfi müəyyənləşdirməyə çalışıblar. "Mançester Siti"nin qonaq qismində olduğu qarşılaşmada ilk həmləni "Southempton" edib. 
 
Oyun zamanı öz loqolarından istifadə edən komandaların duelində qalib müəyyənləşməyib. Görüş heç-heçə nəticələnib. Matçın sonunda "Southempton" rəqibinə təşəkkür edib, "Mançester Siti" də revanşa hazır olduğunu bildirib. 
 
Bu qarşılaşma "BBC" tərəfindən günün matçı seçilib.
 

 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR