İngiltərədə mövsümün ən yaxşı məşqçisi müəyyənləşdi (FOTO)

İngiltərədə mövsümün ən yaxşı məşqçisi müəyyənləşdi (FOTO)

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı məşqçisinin adı məlum olub.

"Mançester Siti"nin çalışdırıcısı Pep Quardiola mükafata layiq görülüb. Onun rəhbərliyi altında "şəhərlilər" mövsümü 98 xalla birinci sırada tamamlayaraq Premyer Liqanın qalibi olublar.

Katalon mütəxəssis ötən mövsüm də sözügedən mükafatı qazanmışdı. Quardiola Aleks Ferqyuson və Joze Mourinyudan sonra Premyer Liqa tarixində ardıcıl ikinci dəfə "mövsümün ən yaxşısı" seçilməyi bacaran üçüncü məşqçidi.

Qeyd edək ki, Pep Quardiola Yurqen Klopp ("Liverpul"), Maurisio Poçettino ("Tottenhem") və Nunu Eşpiritu Santunu ("Vulverhempton") qabaqlayıb.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR