İngiltərənin əfsanəsinə gələn mesaj:

İngiltərənin əfsanəsinə gələn mesaj: "Koronavirusa yoluxsam üzünə öskürəcəm"

İngiltərə futbolunun əfsanəsi İan Rayt sosial şəbəkə vasitəsilə ona göndərilən irqçi və aşağılayıcı mesajları paylaşıb.
 
Sport7.az xəbər verir ki, 56 yaşlı sabiq futbolçu instaqramda bir nəfərdən aldığı mesajların görüntüsünü tvitterdə nümayiş etdirib. Hazırda BBC-də idman proqramında aparıcılıq edən Rayt insanları təhqir etməyin, onları alçaltmağın sosial media vasitəsilə daha asan olduğunu söyləyib. O açıqlamasında "Bu mesajlara baxmaq istəmədiyimi bilirəm. Amma bunlar həqiqətən mənə dərindən təsir edib. Bunu yazan bir uşaqdı! Onun əlinin mənə bilavasitə çata biləcəyi bir platforma var və bunu göndərəndən sonra da heç nədən narahat olmur" sözlərini söyləyib.
 
Məşhur futbolçuya göndərilən mesajlar arasında "Demək olar 65 yaşındasan və əgər koronavirusa yoluxsam üzünə öskürəcəyəm" ifadələri diqqət çəkib.
 
Bir müddət öncə rayta göndərdiyi irqçi mesajlara görə gənc İngiltərə vətəndaşı polis tərəfindən saxlanılmış və ondan izahat alınmışdı.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR