"Hər gün daha da çox çalışaraq xəyallarımı reallaşdırdım" - Voznyaki

"Australian Open"in üçüncü mərhələsində Ons Jaberə məğlub olan Karolina Voznyaki professional tennis karyerasını bitirib.

Oyundan sonra danimarkalı tennisçi fikirlərini mətbuat nümayəndələri ilə bölüşüb:

"Doğulduğunuz yerin, dərinizin rənginin, uzun-qısa, böyük və ya balaca olmağınızın heç bir önəmi yoxdu. Xəyalınız varsa və onun arxasınca gedirsinizsə, onun üçün çalışırsınızsa, hər şey mümkündü. Məncə, professional karyeram ərzində öyrəndiyim əsas şey bu idi. Uşaq olanda xəyallarım var idi: bir gün "Böyük dəbilqə" seriyalı turnirdə çempionluq yaşayacaqdım, dünya reytinqində "bir nömrə" olacaqdım... İnsanlar balaca bir ölkədən olan qızın dəli olduğunu düşünürdülər, amma mən bunları reallaşdırdım. Hər gün daha da çox çalışaraq xəyallarımı gerçəkləşdirdim.

Ümid edirəm ki, insanlar məni çalışqan, hər dəfə kortda əlindən gələn hər şeyi edən biri kimi xatırlayacaqlar. Ümid edirəm ki, "bir nömrə", "Böyük dəbilqə" çempionu, "top-10" oyunçusu yetişdirə bilməyən ölkələrdə tennislə məşğul olan idmançılar üçün ilham mənbəyi olacam".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR