"İnter" 25 illik sponsoru ilə əməkdaşlığa son verir

"İnter" "Pirelli" ilə əməkdaşlığa son qoymağı planlaşdırır.
 
Sport7.az xəbər verir ki, bu haqda İtaliya mətbuatında məlumat yer alıb. Xəbərə görə 1995-ci ildən "Neradzurra"ya sponsoeluq edən "Pirelli" ilə əməkdaşlığa xitam verəcək. Avtomobil şinləri istehsalçısı olan şirkətin gələn mövsüm üçün təklif etdiyi məbləğ "İnter" rəhbərliyini məmnun etmir.
 
İtaliya nəhəngi ilə 12, Çempionlar Liqasını qazanacağı təqdirdə isə əlavə 7 milyon avro tələb etsə də şirkət bununla razı deyil. Bu üzdən klub minimum 25 milyon avro ödəməyə hazır olan sponsor axtarışlarına başlayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR