"İnter" birdən-birə 3 legionerlə müqavilə bağladı

Avroliqaya hazırlıqlarını Bakıda davam etdirən "İnter" 3 müqaviləyə imza atıb.

Sport7.az-ın əldə etdiyi xəbərə görə, komandanın düşərgəsinə AZAL-dan gəlmiş Laşa Kasradze və Gürcüstanın "Dila" klubu ilə çempion olmuş Nika Kvekveskiri ilə 1 illik müqavilə bağlanılıb.

Bundan başqa, AZAL-da çıxış edən digər futbolçu da gözlənilmədən "İnter"də peyda olub. Belə ki, ispaniyalı cinah müdafiəçisi Xuanfran 6 ay müddətinə "bankirlər"lə anlaşıb.

Qeyd edək ki, ötən mövsüm "İnter"də çıxış edən 16 legionerdən yalnız 3-ü komandada qalıb. Bunlar gürcü qapıçı Georgi Lomaya, makedoniyalı dayaq yarımmüdafiəçisi Slavço Georgiyevski və kosta-rikalı hücumameyilli yarımmüdafiəçi Dieqo Madriqal komandada qalıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR