"İnter" "Çelsi"nin müdafiəçisi üçün təklif edib

"İnter" müdafiə xəttini gücləndirmək niyyətindədi. 
 
Sport7.az xəbər verir ki, "Neradzurra" "Çelsi"dən cinah müdafiəçisi Emerson Palmerini heyətinə qatmaq istəyir. Bu barədə İngiltərə mətbuatı yazıb. Mənbənin sözlərinə görə, "İnter" rəhbərliyi Emerson üçün 22 milyon avro təklif edib. 
 
"Yuventus"un da 25 yaşlı oyunçu ilə maraqlandığı bildirilir.

Emerson Premyer Liqada 14 oyunda meydana çıxıb. Onun "Çelsi" ilə müqaviləsi 2022-ci ilə qədər qüvvədədir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR