"İnter" Eriksenə görə təklifini 10 milyon avrodan 18 milyon avroya qaldırıb

"İnter" "Tottenhem"in yarımmüdafiəçisi Kristian Erikseni transfer etmək üçün cəhdlərini davam etdirir.

Jurnalist Nikolo Skiranın xəbərinə görə, "İnter" Eriksenə görə təklifini 10 milyon avrodan 18 milyon avroya qaldırıb. Transferin yaxın günlərdə rəsmilşəcəyi bildirilir.

"İnter" bir neçə gün əvvəl danimarkalı futbolçu ilə müqavilənin şəxsi detallarını razılaşdırmışdı. Eriksen Milan klubuna keçəcəyi təqdirdə ilinə 10 milyon avro qazanacaq.
 
Qeyd edək ki, daha əvvəl "Tottenhem" transferə görə 20 milyon avro tələb etmişdi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR