"İnter" üçün "Kaya Palazzo" və 6 oyun

"İnter"in qış təlim-məşq toplanışı məlum olub.   

Sport7.az xəbər verir ki, dekabrın 21-də "Qəbələ" ilə görüşdən sonra futbolçular istirahətə göndəriləcəklər. Yanvarın 2-də komanda üzvləri Türkiyənin Antalya şəhərində toplaşacaq. Məşq prosesi yanvarın 3-də başlayacaq. İlk yoxlama görüşünün yanvarın 6-da keçirilməsi gözlənilir. Digər yoxlama oyunları barədə məlumat veriləcək.

Bizdə olan məlumata görə, komanda orda 6 yoxlama oyunu keçirəcək və yanvarın 24-də vətənə qayıdacaq.   

Qeyd edək ki, "İnter" Antalyanın Bələk bölgəsinin "Kaya Palazzo Golf Resort" otelində məskunlaşacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR