"İnter"dən FİFA-ya şikayətlər başladı

Bokonyano maaşını tələb etmək üçün ali futbol qurumuna üz tutub.

Sport7.az xəbər verir ki, uzun müddətdi maddi sıxıntılardan əziyyət çəkən "İnter" üçün "qara günlər" başlayır. Maaş üzünə həsrət qalan legionerlər əlləri hər yerdən üzülücə FİFA-ya baş vurmağa qərar veriblər. Artıq ilk şikayət məktubu FİFA-ya ünvanlanıb. Fransalı müdafiəçi Yohan Bokanyano klubun müqavilə öhdəliklərini yerini yetirmədiyi görüncə qəzəblənib. "Futbol+" qəzetinin yaydığı məlumata görə onun ardınca Nildo da şikayət məktubunu İsveçrəyə göndərməyə hazırlaşır. "İnter"lə müqavilələri olsa da, maaş ala bilməyən əcnəbilər yeni klub axtarışlarına da başlayıblar.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR