"İnter"in futbolçusu: "İnsanlara virusa yoluxmuş kimi davranın"

İtaliya A Seriyasının nəhənglərindən olan "İnter"in futbolçusu Eşli Yanq İtaliyada koronavirus pandemiyası ilə bağlı təcrübələrini bölüşüb.
 
Sport7.az xəbər verir ki, şəxsi tvitter səhifəsindən insanlara səslənən 34 yaşlı futbolçu bunları yazıb: "Hər kəsə salam. Hazırda İtaliyada koronavirusun ən çox yayıldığı bölgədə yaşayıram və düşüncələrimi bölüşmək istəyirəm. İtaliyada supermarketlərdə sakitlik hökm sürür. Heç kim ərzaq üçün dava etmir. Boşaldılmış rəflər və fürsətdən istifadə etmək üçün mallarını gizlətmiş adamlar da yoxdu. Demək olar ki, hər evdən 1 nəfər bazarlıq edir".
 
Yanq liftə uzaqbaşı iki nəfərin mindiyini və onlarında ən uzaq künclərdə dayanaraq üzlərini bir-birinin əks tərəfinə çevirdiyini də yazıb. Ən önəmli məsələlərdən birinə toxunan futbolçu, evində yaşamayan hər kəsə virusa yoluxmuş kimi davranılmasının vacib olduğunu da bildirib: "Biz bunu edirik. Bu həddindən artıq reaksiya deyil, sadəcə təhlükəsilik üçündü. Və digər insanların da sizə belə baxdığını unutmayın. Pis bir şey deyil, özünü və yaxınlarını qorumağın ən yaxşı yoludu". 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR