İranlı futbolçular

İranlı futbolçular "Qəbələ"nin qonağı olub (FOTOLAR)

Bu günlərdə iranlı futbolçular "Qəbələ"nin qonağı olub.
 
Sport7.az xəbər verir ki, Ərdəbil şəhərini təmsil edən "İranian" Futbol Klubunun aşağı yaş qrupları üzrə komandalarının Qəbələyə səfəri bu gün başa çatıb.

Səfər çərçivəsində bir neçə yoldaşlıq görüşü keçirilib. "Qəbələ"nin U-10 komandası 4 dəfə (3:4, 4:1, 3:6, 4:7), U-11 komandası 2 dəfə (7:0, 1:0), U-11-2 komandası 1 dəfə (0:4), U-12 komandası 1 dəfə (3:0), U-14 komandası 2 dəfə (6:3, 2:0), U-15 komandası 2 dəfə (1:0, 1:0) rəqibi sınağa çəkib.

İki akademiyanın rəhbərliyi arasında görüş keçirildi, qonaqlara klubun akademiyasının iş prinsipi haqqında məlumat verilib.
 
Qarşılıqlı əməkdaşlığı davam etdirmək üçün danışıqlar aparılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR