İrəvanda futbolçu qalmadı...

İrəvanda futbolçu qalmadı...

Qazaxıstanın "Astana” klubu yeni transferini açıqlayıb. Almeydayla Pedro Enirikenin keçmiş klubu bu dəfə sıralarına erməni futbolçu qatıb.

Ardıcıl altı mövsüm ölkəsinin çempionu olan komandanın yeni transferinin adı Tiqran Barseqyandı. Ermənistan millisinin də üzvü olan futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir. Millinin heyətində 28 oyuna çıxıb, beş dəfə fərqlənməyi bacarıb. Sonuncu klubu Qazaxıstanın "Kaysar” klubu olan Tiqran ölkə kubokunu da qazanmağa macal tapıb.

Bu transferdən ayrıca söhbət açmağım, buna xüsusi diqqət yetirməyim səbəbsiz deyil. Kostanayın "Tobol” klubu da 10 gün bundan əvvəl heyətinə erməni futbolçu qatdı. Emil Balayevin düşərgəsindən qaçaq düşdüyü "Tobol” Petros Avetisyanı mehribanlıqla bağrına basdı. "Ararat”ı "Tobol”a dəyişən Avetisyan yeni komandasında Qriqori Babayanın rəhbərliyi altında çıxış edəcək. Məlum məsələdi ki, bütün bunlardan sonra azərbaycanlı Emil Balayevin "Tobol”da qalması müşkülə dönür.

Tiqran Barseqyanla Petros Avetistan bu qış Qazaxıstanın "top-klub”larına keçən üç ermənidən yalnız ikisidi. Bəli, bizim üçün xoşagəlməz fakt olsa da, reallıq belədi. Çünki Qazaxıstanın "xalq komandasıı” "Kayrat” "Astana” və "Tobol”dan daha əvvəl erməni futbolçunu heyətinə qatmışdı. Belə ki, Kamo Oqenasyan yanvarın ilk günlərində "Kayrat”ın futbolçusuna çevrilib, "sarı-qara” rənglərlə bəzədilmiş forma ona təqdim olunub.

Bu gedişlə Qazaxıstan çempionatı ermənilərin oylağına çevriləcək. Emil Balayevə, Kaxaber Tsxadadzeyə, Reynaldoya, Roman Qriqorçuka, Pedro Enerikeye və Riçard Almeydaya görə maraqla izlədiyimiz çempionat Ermənistandan gələnlərin turnirinə bənzəməyə başlayıb. İrəvanda futbolçu qalmadı, hamısı Qazaxıstana köçdü.
 
Görəsən, bizimkilər qış yuxusundan nə vaxt ayılacaq?

Amal ABUŞOV
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR