İspan futbolçu Azərbaycandan aldığı təklifi geri çevirib

İspan futbolçu Azərbaycandan aldığı təklifi geri çevirib

Polşa təmsilçisi "Lex”in ispaniyalı futbolçusu Dani Ramires Azərbaycandan aldığı təklifdən imtina edib.

Sport7.az xəbər verir ki, bunu 28 yaşlı yarımmüdafiəçinin özü açıqlayıb. Hələ 16 yaşında "Leqanes”dən Madrid "Real”ına keçən, sonradan bir sıra klublarda çıxış edən Ramires bu il LKS-dən "Lex”ə transfer olunub. Yarımmüdafiəçi adını açıqlamadığı Azərbaycan klubundan aldığı daha cəlbedici təklifdən imtina etdiyini də bildirib: "MLS-dən və Azərbaycanın bir klubundan təklifim var idi. Onlar mənə daha çox pul ödəyəcəkdi. Amma mən olmaq istədiyim yerdəyəm və çox xoşbəxtəm”.

2017-ci ildən Polşada oynayan Dani "Ştormil” (2017-18) və LKS (2018-20) klublarının formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR