İspan klubları danışılmış oyunlarda iştiraka görə günahlandırılır

İspan klubları danışılmış oyunlarda iştiraka görə günahlandırılır

İspaniya təmsilçiləri "Xetafe" və "Vilyarreal" danışılmış oyunda şübhəli bilinirlər.

Sport7.az xəbər verir ki, iki klub arasındakı qarşılaşma ötən mövsümün son turunda keçirilib və heç-heçə ilə yekunlaşıb - 2:2. Nəticədə Çempionlar Liqasına "Xetafe" yox, "Valensiya" yollanıb.

Jurnalistlər sabiq futbolçular Karlos Aranda və Pako Estebanın söhbətinin səs yazısını üzə çıxarıblar. Orada "Xetafe"nin hücumçusu Xorxe Molinanın adı hallanır. Aranda Estebana təklif edir ki, matçın dəqiq nəticəsinin müzakirəsi üçün Molina ilə əlaqə saxlasın. Hər iki komandanın oyunçularına ümumilikdə 1,8 - 2 milyon avro ödənildiyi güman olunur.

Lakin klubların mətbuat xidmətləri danışılmış oyunda iştirak ittihamını təkzib ediblər. "Xetafe" Molinaya tam dəstək verib, "Vilyarreal" isə öz nüfuzunun müdafiəsi məqsədilə məhkəmə iddiası qaldırmağın mümkünlüyünü öyrənəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR