İspaniya çempionatının finalında

İspaniya çempionatının finalında "El Klasiko" seriyası

Kişi basketbolçuların İspaniya ACB Liqasında ikinci finalçı müəyyənləşib.

Yarımfinal seriyasının üçüncü matçında "Saraqosa" "Barselona"nı qəbul edib. Oyun boyu üstünlüyü əldən verməyən katalon klubu çətinlik çəkmədən qələbə qazanıb. Beləliklə, "Saraqosa"nı seriya hesabında 3-0 üstələyən "Barsa" finala yüksəlib.

Kayl Kuriç 27 xalla komandasının qələbəsində əsas pay sahibi olub. "Saraqosa"nın heyətində Xavyer Yustisin 24 xalı qalibiyyət üçün yetərli olmayıb.


İspaniya ACB Liqası

Final seriyası (üçüncü oyun)

"Saraqosa" - "Barselona" - 81:96

Seriyada hesab - 0:3 ("Barselona" mərhələ adladı)


"Barselona"nın finaldakı rəqibi "Real" olacaq. Həlledici seriyaya iyunun 15-də start veriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR