İspaniya La Liqasının rəsmi səhifəsindən AFFA-ya təbrik

İspaniya La Liqasının rəsmi səhifəsindən AFFA-ya təbrik

İspaniya La Liqasının rəsmi "Facebook" səhifəsi Canni De Byazinin Azərbaycan millisinə baş məşqçi təyin olunmasına biganə qalmayıb.

Sport7.az xəbər verir ki, bu münasibətlə italiyalı mütəxəssisə təbrik ünvanlanıb.
 
AFFA-nı da unutmayan səhifə milli assosiasiyanı Azərbaycan dilində təbrik edib: "Keçmiş La Liqa baş məşqçisi Canni De Byazini Azərbaycan millisinin sükanı arxasına keçməsi münasibətilə təbrik edirik. Təbriklər, AFFA".

64 yaşlı mütəxəssis İspaniyada "Levante" (2007/2008) və "Alaves"i (2017/2018) çalışdırıb.

Canni De Byazi AFFA ilə 1,5 illik müqavilə imzalayıb.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR