İspaniya nəhəngi niderlandlı futbolçu ilə anlaşdı

İspaniya nəhəngi niderlandlı futbolçu ilə anlaşdı

Niderland millisinin və Fransa klubu "Lion"un futbolçusu Memfis Depay 2021-ci ilin yanvarında İspaniya "Barselona"sına keçəcək.

Sport7.az xəbər verir ki, bu haqda İspaniya mətbuatı yazıb. Kataloniya klubu 26 yaşlı hücumçunun transferi ilə bağlı qarşı tərəflə razılığa gəlib. Amma anlaşmanın detalları açıqlanmayıb. Bu keçid üçün fransızlara nə qədər təzminat ödəniləcəyi bilinmir.

"Barselona" yay transfer pəncərəsində Memfis Depayın transferini razılaşdırsa da, Usman Dembele ilə yollarını ayıra bilmədiyi üçün keçid baş tutmamışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR