İspaniya və Meksika ilə oyunlara çağırılmış futbolçu Azərbaycan klubunda!

İspaniya və Meksika ilə oyunlara çağırılmış futbolçu Azərbaycan klubunda!

"Qəbələ” növbəti transferini gerçəkləşdirib. 

Sport7.az xəbər verir ki, "qırmızı-qaralar” Belarus millisinin yarımmüdafiəçisi Mixail Sivakovu heyətinə cəlb edib. 

12 gün əvvəl 27 yaşını tamamlamış futbolçu ilə yarım illik müqavilə imzalanıb. Minskin "Smena” klubunun yetirməsi olan orta sahə oyunçusu 15 yaşında BATE-yə keçib. 5 il bu komandada çıxış etdikdən sonra Sivakov İtaliyanın "Kalyari” klubuna transfer olunub. 2009-2011-ci illərdə Apennin təmsilçisinin üzvü olan yarımmüdafiəçi icarə əsasında "Pyaçentsa” və anasının əsli olduğu Polşanın "Visla” klubunun formasını geyib. 

2011/12 mövsümündə Belçikanın "Zulte Varegem” klubunda top qovan belaruslu yenidən BATE-yə qayıdıb. Əvvəl icarə əsasında Borisov təmsilçisinin formasını geyən Sivakov sonra bu kluba keçib. 2014-cü ildə vətənində "Qomel”, Ukraynada "Çernomorets”in şərəfini qoruyan yarımmüdafiəçi Odessa təmsilçisində "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında çıxış edib.

4 dəfə Belarus, 1 dəfə Polşa çempionu olan futbolçu vətənində ölkə kuboku və Superkubokunu da qazanıb. 2004-cü ildən milli komandalara cəlb olunan Sivakov ölkəsinin U-17, U-19, U-21, olimpiya və əsas yığmalarının şərəfini qoruyub. 2010-cu ilin iyunun 2-də İsveçlə yoldaşlıq oyununda Belarus millisində debüt edən Mixail sonuncu dəfə ötən ilin noyabrında İspaniya ilə seçmə, Meksika ilə yoldaşlıq oyunlarına dəvət alıb. O, yığmada ən böyük uğuruna U-21-in heyətində imza atıb. O, 2011-ci ildə Avropa çempionatının bürünc mükafatçısı olub. 

Qeyd edək ki, "Qəbələ” Mixail Sivakova qədər Rəşad Sadiqov, ukraynalılar Aleksey Qay, Dmitri Bezotosnı və Ruslan Fomini heyətinə qatıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR