İspaniyadan medal gətirən taekvondoçular mükafatlandırıldı (FOTOLAR)

İspaniyadan medal gətirən taekvondoçular mükafatlandırıldı (FOTOLAR)

İspaniyanın Marina Dor şəhərində keçirilən yeniyetmələr və gənclər arasında Avropa birinciliyində iştirak edən milli komandalarımız vətənə medalla dönüblər.

Sport7.az xəbər verir ki, 1-6 oktyabr tarixlərində baş tutan yarışda yeniyetmə taekvondoçularımızdan Zemfira Həsənzadə və Pünhan Mürsəlov (41 kq) gümüş medala, Şamil Mirzəyev (33 kq) bürünc medala, gənclərdən isə Səyyad Dadaşov (51 kq), Cavab Ağayev (68 kq) və Taleh Süleymanov (78 kq) bürünc medala sahib olub.

Bu gün Azərbaycan Taekvondo Federasiyasında (ATF) mükafatçı idmançılarla görüş keçirilib. İclasda ATF-nın vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev, baş katib Həmdiyyə Məmmədov, Nəzarət-Təftiş komissiyasının sədri Vüqar Məmmədov, Gənclərin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov, yenieytmələrin böyük məşqçi Sənan Həşimov, eləcə də məşqçi-müəllimlərdən Rəşad Məmmədov və Vüqar Kərimov iştirak edib.
Avropa birinciliyindən söz açan Nağı müəllim taekvondoçuların çıxışından razı qaldığını, qitə birinciliyində yüksək nəticə qazanaraq ölkəmizin bayrağını ucaldıb taekvondo ailəsini sevindirdiyini qeyd edib: "Sevindirici haldır ki, məhs bölgələrimizdən olan idmançılarımız da nəticə verib. Bu isə taekvondo idman növünün nəinki Bakı şəhərində hətta respublikanın digər rayon və şəhərlərində inkişaf etməsinin bariz nümunəsidir. Sizlər ilk addımlarınızı uğurla atdınız və ümidvarıq ki, gələcək yarışlarda da öz nailiyyətlərinizlə bizləri sevindirəcəksiniz. Hər birinizi, həm milli komandanın məqşçi heyətini, həm də şəxsi məşqçi-müəllimləri təbrik edir, gələcək yarışlarda da uğurlar arzulayıram."

Digər şıxış edənlərdən baş katib Həmdiyyə Məmmədov, vitse-prezident Niyaməddin Paşayev və Nəzarət-Təftiş komissiyasının sədri Vüqar Məmmədov komandamızın üzvlərini təbrik edərək uğurlarının davamını arzulayıblar.

Məşqçilərdən gənclərin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçilər Zahid Məmmədov, yenieytmələrin böyük məşqçi Sənan Həşimov, məşqçi-müəllimlərdən Rəşad Məmmədov və Vüqar Kərimov yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərova və bu nailiyyətlərdə əziyyəti olan digər şəxslərə öz minnətdarlığını bildirərək, gələcəkdə daha da yaxşı nəticələr uğrunda çalşacaqlarını qeyd ediblər.

Sonda idmançılara hədiyyələr təqdim edilib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR