İsrail klubu “Qəbələ”yə 100 min avro ödəyəcək

İsrail klubu “Qəbələ”yə 100 min avro ödəyəcək

Mövsümlərarası fasilədə yüksəködənişli yerli və legioner futbolçularla yolları ayıran "Qəbələ" bu dəfə Ceyms Adeniyi ilə vidalaşıb.

Sport7.az xəbər verir ki, nigeriyalı forvard karyerasını İsrailin yüksək liqasında mübarizə aparan "Hapoel İroni”də davam etdirəcək. Bu haqda İsrail mətbuatı xəbər yayıb. 26 yaşlı hücumçu bir il yeni klubunda icarə əsasında çıxış edəcək və buna görə israillilər "qırmızı-qaralar”a 100 min avro ödəyəcək.

İki klub arasında əldə olunan razılığa əsasən növbəti mövsümün sonunda Kiryat-Şmona təmsilçisi Adeniyini 200 min avro qarşılığında birdəfəlik transfer etmək hüququna malikdi. Ceyms dünən tibbi müayinədən keçib və yeni klubu ilə anlaşmaya imza atıb.

Qeyd edək ki, "Qəbələ" Ceyms Adeniyini ötən il Albaniya "Şkenderbü"sündən 350 min avroya transfer etmişdi. Müqavilənin şərtlərinə görə, növbəti satışdan Tirana klubuna 20 faiz pay düşəcəkdi. Ancaq Ceyms icarəyə verildiyi üçün "Qəbələ” forvardın sabiq klubuna ödəniş etməyəcək. Onu da əlavə edək ki, Adeniyinin "Qəbələ" ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında bitəcək. (Futbol+)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR