İstanbul derbisinə virus ZƏRBƏSİ

İstanbul derbisinə virus ZƏRBƏSİ

Türkiyədə aprelin sonlarınadək bütün idman yarışlarına azarkeş buraxılmayacaq.

Sport7.az xəbər verir ki, bununla bağlı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən toplantıda qərar qəbul olunub. Qərar Türkiyə Super Liqası qarşılaşmalarına da şamil edilib.

Beləliklə, martın 13-dən bütün oyunlara tamaşaçı buraxılmayacaq. Martın 15-də "Qalatasaray" və "Beşiktaş" komandaları arasında Superliqanın XXVI tur matçı da azarkeşsiz keçiriləcək. Tamaşaçısız oyunlar XXXII turadək davam edəcək. 

Türkiyə Kubokunda isə yarımfinal qarşılaşmaları bağlı qapılar arxasında oynanılacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR