"İstədiyimiz futbolu göstəririk" - Elmar Baxşıyev

Azərbaycan Premyer Liqasının 4-cü turunun "Neftçi” – "Qəbələ” oyunundan (1:1) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
 
Sport7.az sizi 40 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir: "Ordumuzun qazandığı qələbə münasibətilə dövlətimizi və xalqımızı təbrik edirik. İnanırıq ki, qarşıdakı günlərdə ordumuz bizi daha da sevindirəcək və torpaqları geri qaytaracağıq. Matça gəlincə, maraqlı oyun oldu. Hər iki komanda hücum futbolu nümayiş etdirdi. Sərgilədiyimiz oyundan məmnunam. İstədiyimiz futbolu göstəririk. Oyundan-oyuna daha baxımlı oyun nümayiş etdirəcəyimizə inanıram. Hər qarşılaşmaya rəqibin kimliyindən asılı olmayaraq diqtə edən oyun seçirik. Bu, bəzən alınır, bəzən isə yox. "Neftçi” ilə oyuna 3 xal üçün gəlmişdik. Bir xal qazandıq. Amma  futbolçularımı da əməyini dəyərləndirmək lazımdır. Bizim işimiz komandaya qiymət verməkdi. Məncə hakim görüşü normal idarə etdi. Sonda qol buraxmağımızı konsentrasiya və ya yorğunluqla əlaqələndirməzdim. "Neftçi” tempi artırıb daha çox təzyiqi göstərdi. Bunun nəticəsində müdafiədə səhv edib qol buraxdıq. Ceyms Adeniyi tanıdığımız futbolçudur. Uzun müddət futboldan kənar qalıb. Güvəndiyimiz oyunçudur. Onun komandaya faydası olacaq”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR