İtaliya A Seriyası klubunun 2 futbolçusunda koronavirus şübhəsi

İtaliya A Seriyası klubunun 2 futbolçusunda koronavirus şübhəsi

İtaliya A Seriyası təmsilçisi "Parma"nın iki futbolçusu koronavirus şübhəsi ilə karantinə alınıb.
 
Sport7.az xəbər verir ki, bu haqda klubdan rəsmi məlumat yayılıb. Klubda 60 nəfərin "COVİD-19" testindən keçdiyi bildirilib. Adı açılanmayan 2 futbolçunun testi isə əvvəlcə müsbət daha sonra mənfi çıxdığı üçün karantinə götürülüb. Onların həra hansı simptom göstərmədiyi, digərlərinin testinin isə neqativ çıxdığı açıqlanıb. 
 
İtaliya A Seriyasının iyunun 13-də bərpa olunacağı gözlənilir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR