İtaliyada yarışacaq taekvondoçularımız müəyyənləşib

İtaliyada yarışacaq taekvondoçularımız müəyyənləşib

Oktyabrın 30-da İtaliyada para-taekvondo üzrə Avropa çempionatı keçiriləcək.

Sport7.az xəbər verir ki, Fərid Tağızadə və Yaşar Səfərovun rəhbərlik etdiyi Azərbaycan milli komandası təlim-məşqləri başa vuraraq bu gün İtaliyaya yollanır.

Bari şəhərinin "PalaFlorio" idman arenasında keçiriləcək sayca 8-ci qitə çempionatda ölkəmizi kişilərdən Sadiq Həmidov və Elimxan Manafov ( hər ikisi K-43, 61 kq), İmaməddin Xəlilov (K-44, 61 kq), Əbülfəz Abuzərli, Hüseyn Həsənov (hər ikisi K-44 75 kq), Vüqar Adışirinov (K44, 75 kq yuxarı), qadınlardan isə Röyalə Fətəliyeva (K-44, 49 kq) və Aynur Məmmədova (K-44, 58 kq yuxarı) təmsil edəcəklər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR