İtaliyada yeni mövsümün başlama vaxtı müəyyənləşdi

İtaliyada yeni mövsümün başlama vaxtı müəyyənləşdi

İtaliyada 2020/2021 mövsümü sentyabrın 1-də start götürəcək.

Sport7.az xəbər verir ki, bu haqsa İtaliya Futbol Federasiyası qərara çıxarıb. Qərar federasiyanın Federal Şurasının telekonfrans formatında keçirilən iclasında verilib. Qərara əsasən, A, B və C seriyaları avqustun 20-dək yekunlaşmalı, növbəti mövsüm isə sentyabrın 1-də başlamalıdır.

Çempionatların bərpasınadək Federal Şura qeyri-münasib epidemioloji situasiya şəraitində yarışların keçirilmə formatını və dayandırılmasının mümkünlüyünü razılaşdıracaq.

İtaliyada kütləvi idman tədbirlərinin təşkilinə qoyulan qadağa iyunun 14-ə qədər uzadılıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR