İtaliyanın baş məşqçisi bizimlə məzələndi

İtaliyanın baş məşqçisi bizimlə məzələndi



"Azərbaycan millisi qapımıza zərbə vurmağı da bacarmadı”

"Futbolçuları tənqid etmək istəmirəm. Onlardan şikayətlənməyə haqqım yoxdur”.

Bu sözləri İtaliya millisinin baş məşqçisi Antonio Konte yığmamızla oyundan (2:1) sonra keçirdiyi mətbuat konfransında deyib.

O, komandasının aşkar üstün olduğunu və Azərbaycan millisinin yalnız müdafiə olunduğunu bildirib:  "Azərbaycan bizim qapımıza  zərbə  endirməyi də bacarmadı. Rəqib təsadüfən vurulan qol sayəsində ümidləndi. Bir neçə qol vəziyyətindən yararlana bilmədik. Azərbaycan İtaliyaya müdafiədə "oturmağa” gəlmişdi. Rəqibin qol ümidi standart vəziyyətlər idi. Ancaq heyətərində yaxşı futbolçular da var. Şadam ki, ikinci qolu vurduq. Heç-heçə bizim üçün çox pis nticə olardı”.

Sport7.Az
Mənbə:
Qol.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR