Jurnalist övladları arasında velosiped yarışı keçirilib (FOTOLAR)

Jurnalist övladları arasında velosiped yarışı keçirilib (FOTOLAR)

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Respublika Olimpiya Velosiped Məktəbinin (ROVM) təşkilatçılığı, jurnalist Yelena Sidorenkonun dəstəyi ilə mətbuat işçilərinin övladları arasında "Velosiped sür, hərəkətə sən də qoşul” devizi altında velosiped yarışı təşkil edilib.
 
Sport7.az xəbər verir ki, "Jurnalistlər binası”nda baş tutan yarışda 50-yə yaxın uşaq mübarizə aparıb.

4-7 yaşlı oğlanar arasında 1-ci yerə Vüsal Qədimmədli layıq görülüb. Murad Vəliyev 2-ci, Yelmar Mirzə 3-cü olub. 8-10 yaşlı oğlanlar arasında isə Aydın Həsənov, Murad Əliyev və Məhəmməd Süleymanov ilk 3 pilləni tutub.

11-13 yaşlı oğlanlar arasında Emin Mahmudov hamını qabaqlayıb. Sonrakı 2 yerdə Murad İsmayılov və Ramal Rəcəbzadə qərarlaşıblar. 14-15 yaşlı oğlanların mübarizəsi Nihat İsmayılovun qələbəsilə yekunlaşıb. İlham Vəliyev və Nəriman Şirinli 2-3-cü nəticə gəstəriblər.

Kiçik yaşlı qızlar arasında Nərmin Məmmədli 1-ci, Aylin Mehdi 2-ci, Aylin Məmmədli isə 3-cü olub. Nisbətən böyük yaşlı qızların yarışına gəlincə, Nəzrin Rəcəbzadə hamını qabaqlayıb. Leyla Rəcəbzadə və Qənirə Məmmədli isə müvafiq olaraq 2-ci və 3-cü yeri tutublar.

Qalib və mükafatçılar AzVİF və ROVM tərəfindən medal və diplomla təltif ediliblər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR