Kapello:

Kapello: "Paltardəyişmə otağı spirt qoxuyur" deyəndə artıq iplər qopmuşdu"

Dünyaca məşhur məşqçi Fabio Kapello maraqlı fikirlər səsləndirib.
 
Sport7.az xəbər verir ki, italyan mütəxəssis karyerası ərzində gördüyü ən yaxşı futbolçunun braziliyalı əfsanə Ronaldo Luis Nazario olduğunu söyləyib. Kapello eyni zamanda ən çox problem çıxaran futbolçunun da məhz Ronaldo olduğunu bildirib.  
 
"Sky Sports"a danışan Kapello "Məşqçilik etdiyim ən böyük istedad Ronaldo idi. Amma eyni zamanda paltardəyişmə otağında ənin üçün ən çox problem yaradan oyunçu idi. Tez-tez parti təşkil edirdi, hər işi görürdü. Bir gün Ruud Van Nistelroy gəlib mənə "Paltardəyişmə otağı spirt qoxuyur" deyəndə artıq iplər qopmuşdu. Daha sonra Ronaldonu "Milan"a yolladıq və qələbələr qazanmağa başladıq. Amma istedad baxımında Ronldo heç şübhəsiz ən yaxşı idi" sözlərini söyləyib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR